18 noyabr 2011 20:36
“Bu postda nə qədər qalacağımı bilmirəm”
Müvəqqəti olaraq “Qəbələ”nin baş məşqçi postu həvalə olunan Fatih Kavlak bu təyinatı və Premyer Liqanın qarşıdan gələn “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu təyinatı özüm üçün bir şans kimi dəyərləndirirəm. Amma baş məşqçi postunda nə qədər qalacağımı bilmirəm. Məni daha çox qarşıdakı “Neftçi” və “Bakı” ilə oyunlar maraqlandırır. Son uğursuzluqlar, eləcə də baş məşqçi dəyişiklikləri oyunçularımızı çempiona qarşı daha yaxşı motivasiya etməlidi. Bu oyunda biz qələbə qazanmağa borcluyuq”.

Qeyd edək ki, Toni Adamsın istefasından sonra "Qəbələ" rəhbərliyi onun postunu məhz türkiyəli məşqçiyə tapşırıb.