18 noyabr 2011 20:53
UEFA Şükürovun oynamasına qadağa qoydu
UEFA Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun meydana çıxmasına qadağa qoyub. Azerisport.az xəbər verir ki, Türkiyə ilə İstanbulda baş tutan AÇ-2012-nin seçmə mərhələ oyunundan sonrakı dopinq-testdə ilişən “Qəbələ”nin üzvü ilə bağlı ilkin qərar artıq məlumdu.
Belə ki, qitə futbol qurumunun rəhbərliyi bölgə klubunun düşərgəsinə göndərdiyi rəsmi məktubda Şükürovun yaşıl meydanlara çıxmasına qadağa qoyulduğu bildirilir. Mahir nəinki yığmamızın, eləcə də klubunun da heyətində oyun keçirə bilməyəcək.
Yəni “Qəbələ” Premyer Liqanın 13-cü turunun “Neftçi” ilə oyununda Şükürovsuz çıxış edəcək. Bu məsələ ilə bağlı araşdırmalar isə hələ də davam edir və daha ciddi sanksiyaların olması istisna deyil.
