18 noyabr 2011 11:18
Rizvan Fərzəliyev: Barcelona favorit olsa da...
Futzal üzrə Azərbaycan çempionu Rizvan Fərzəliyev UEFA Kubokunda Hollandiyanın “Eindhoven” klubu üzərində qələbə qazandıqları (5:3) görüşdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyərdiz?
- İlk oyunumuz çətin alındı. Baxmayaraq ki, fasiləyə çox yaxşı üstünlüklə yollanmışdıq - 4:1. İkinci hissədə taktikamızı dəyişdik və müdafiədən oynamağa başladıq. Rəqib də bundan yararlandı. Xüsusilə də bəzi oyunçularının fərdi ustalığı sayəsində qapımıza daha iki qol vurdular. Çox təhlükəli idilər.

- Amma komandamız da çoxlu səhvlər buraxırdı...
- Mən bunu taktiki dəyişikliklərlə bağlayıram. Biz meydanda oyundaşlarımızı sığortalamaq istəyirdik. Amma bir epizodda məhz bu üzdən qol burаxdıq. Deyəsən, ikincidə idi.
- Üçüncü qolu vurandan sonra qələbəni əldən verəcəyimizə dair qorxu var idi?
- Bizim 4:1-dən sonra da çoxlu qol vurmaq şanslarımız var idi. Borisovun zərbəsi dirəkdən döndü. Məhz ondan sonra öz səhvlərimiz nəticəsində iki qol buraxdıq. Amma beşinci qol hər şeyi həll etdi.
- Bizim 4:1-dən sonra da çoxlu qol vurmaq şanslarımız var idi. Borisovun zərbəsi dirəkdən döndü. Məhz ondan sonra öz səhvlərimiz nəticəsində iki qol buraxdıq. Amma beşinci qol hər şeyi həll etdi.
- “Eindhoven” sonda çox güclü təsir bağışlayırdı...
- Biz həmişə rəqiblərimizi qiymətləndiririk. Adətən, ilk oyunlarda daha məsuliyyətli olmaq lazım gəlir. “Eindhoven” də qələbə qazanmaq istəyirdi. Amma şadam ki, biz qələbə qazana bildik. Azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm.
- “Araz”ın yenilərinin çıxışını necə qiymətləndirirsiz?
- Tota mənim xoşuma gəldi. O, debüt matçındaca iki qol vurdu. Hələ özlərini göstərməyə vaxtları olacaq.
- Anlaşma səviyyəsi nə dərəcədə ürəyinizcədi?
- Bununla bağlı bəzi problemlər var. Bir-birimizi daha yaxşı başa düşməyə çalışırıq. Zamanla bu da düzələsidi.
- Qarşıda “Chrudim” və “Barcelona” da var...
- “Barcelona”dan öncə çexlərlə üz-üzə gəlməliyik. “Chrudim”i qiymətləndirməmək olmaz. Onlarla oyunda qələbə şansımızın əllinin əlliyə olduğunu düşünürəm. Allah eləsin ki, onları da məğlub edək və ispanlarla heç-heçə barədə düşünək. Onlar turnirin favoriti olsalar da, biz də oynaya bilirik.