18 noyabr 2011 11:47
“Fiziki baxımdan tam hazır deyilik”
Futzal üzrə UEFA kubokunun elit-raundunda keçirilmiş “Araz” – “Eindhoven” oyunundan sonra təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis komandamızın qazandığı 5:3 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Yaxşı oynadıq. Lakin hesabı 5:1 edə bilsəydik, işimiz daha asan olardı. Oyunun sonunda komandamızda əsəbilik hiss olunurdu. Çünki fiziki baxımdan tam hazır deyilik. Hazırlıq üçün kifayət qədər vaxtımız olmayıb”.