18 noyabr 2011 12:03
Bakı növbəti tura itkisiz hazırlaşır
“Bakı” “Turan”la oyuna itkisiz hazırlaşır. Azerisport.az xəbər verir ki, komanda Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan”la ev oyununun hazırlıqlarını klubun təlim-bazasında davam etdirir.
Milli komandaların düşərgəsindən qayıtmayan Uinston Parks və Aqil Məmmədovun yoxluğu xaricində bütün futbolçular məşqlərdə iştirak edirlər. Uinston Parks Kosta-Rika milli komandasının dünya çempionlarına qarşı keçirilən oyunda 24 dəqiqə forma geyinmək şansı qazanıb. Parksın komandası İspaniya ilə 2:2 hesablı bərabərə qalıb.
Rəhman Hacıyev və Novruz Məmmədov səhər məşqində iştirak etsələr də, saat 17:00-da keçirilən məşqdə onlara istirahət verilib. Səhər məşqində iştirak edən U-21 milli komandasının üzvləri komandadan ayrı calışaraq, yüngül hərəkətlərlə kifayətləniblər.
Fiziki təmrinlər və topla hərəkətlər üzərində qurulan məşqlər bir saata qədər davam edib. Qeyd edək ki, komandamız “Turan”la oyuna itkisiz hazırlaşır. Heyətdə zədəli futbolçu yoxdu.
