18 noyabr 2011 00:38
Crvena Zvezda və Patizan Azərbaycana gəlmək istəmir
Serbiyanın “Partizan” və “Crvena Zvezda” klubları Şərqi Avropa futbol klublarının liqasından imtina edə bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, adları çəkilən klublar bu turnirdə çıxış etməkdə heç bir perspektiv görmürlər. Serbiya futbolunun aparıcı klubları xüsusilə Bolqarıstandan və Azərbaycandan olan orta klublarla qarşılaşmaq istəmirlər.
Qeyd edək ki, hələlik bu liqanın təşkilatçılığı yolunda müzakirələr davam edir və bu ideyanın baş tutub-tutmayacağı sual altındadı.
