18 noyabr 2011 12:53
Neftçi üçün Yeddi gözəl
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edəcəklər.
“Flaqman” noyabrın 19-da Qəbələyə yollanacaq. "Yeddi gözəl" otelində məskunlaşacaq "Neftçi" sabah matçın baş tutacağı stadionda məşq keçəcək.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da başlanacaq.
