19 noyabr 2011 18:22
AZAL və Simurqdan qələbə, XL yenə xal itkisi ilə üzləşdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Ötən tur ən yaxın izləyicisi “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Rəvan”ı qəbul edib. "Rəvan" ilk dövrədə olduğu kimi, Lənkəranda da iddialı rəqibindən xal almağı bacarıb. Son matçında “Qəbələ” üzərində inamlı qələbə qazanaraq təhlükəli zonadan uzaqlaşan AZAL “Kəpəz”i qəbul və məğlub edib. 12-ci turda səfərdə “Qarabağ” üzərində qələbə qazanaraq sensasiyaya imza atan “Sumqayıt Şəhər” isə “Simurq”un qonağı olub və məğlubiyyətlə üzləşib.
Premyer Liqa
13-cü tur
19 noyabr (şənbə)
AZAL – KƏPƏZ - 2:0 (1:0)
Qollar: Bronislav Arsenyeviç, 38 (1:0), Tales Şütz, 59 (2:0)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Bakı. AZAL Arena.
Oyun başladı
Meydan sahibləri ilk dəqiqələrdən daha fəaldılar
Şüts rəqib qapıçını sınağa çəkmək istəsə də, zərbəsi dəqiq alınmır
"Kəpəz" daha çox müdafiə barədə düşünür
Elşən Məmmədovun zərbəsi qapının üstündən keçir
Komandalar artıq sərt oyuna üstünlük verməyə başlayıblar
Sultanovun zərbəsi qapıdan aralı keçir
AZAL nəhayət ki, istəyinə çatır. Bronislav Arsenyeviç hesabı açır - 1:0
Arsenyeviç daha bir qol vurmağa yaxın olsa da, bu dəfə dəqiq oynamır
Yeri gəlmişkən, Şüvəlanda yağış yağdığından, bu da oyuna təsirsiz ötüşmür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Şütz qol vurmağa yaxın olsa da, zərbəsi qapıdan yan keçir
AZAL 2-ci qolu vurmağa çalışır
Tales Şütz qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
AZAL bu gün rəqibinə nisbətən çox üstün görünür
Meydan sahibləri iki real qol şansından yararlana bilmirlər
AZAL artıq oyununu tempini aşağı salmağa, sakit oynamağa çalışır
Şütz dubla imza atmaq şansını boşa verir
Matç başa çatdı
SİMURQ – SUMQAYIT ŞƏHƏR - 1:0 (0:0)
Qol: Robertas Poşkus, 82 (1:0)
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
"Simurq" oyuna hücumlarla başlayıb, SŞ isə hələ ki, müdafiə olunur
Şmakovun zərbəsi qapıdan aralı keçir
Qonaqların hücumu uğursuz başa çatır
SŞ üstünlüyü ələ keçirməyə çalışır
Hələlik tərəflərin heç birinin oyunu alınmır
Qonaqların daha bir hücumu qolsuz başa çatır
Şmakovun daha bir cəhdi uğursuzluqla başa çatır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Simurq" üstünlüyə yiyələnməyə çalışsa da, SŞ güzəştə getmir
Qonaqların hücumu qeyri-dəqiq zərbəylə başa çatır
Komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, qol yoxdu
Robertas Poşkus nəhayət ki, meydan sahiblərini hesabda önə keçirir - 1:0
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 1:1 (0:0)
Qollar: Rahid Əmirquliyev, 89 (1:0), Kristian Torres, 90 (1:1).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
XL hesabı açmağa yaxın olsa da, imkan vermirlər
Qonaqların Torreslə hücum qurmaq cəhdinin qarşısını Mureşan alır
Semedonun zərbəsini Kərimi dəf edir
Kərimi Pitin zərbəsinə də gözəl reaksiya göstərir
Klaudiney meydan sahiblərini cəzalandırmaq üçün gözəl şansa malik olsa da, qaçırır
Subaşiç rəqib müdafiəçi ilə mübarizədə topu itirir
Kamal Bayramov qonaqların hücumu zamanı əla oynayır
Adrian Pit sarı vərəqə alır
Eder Bonfimin zərbəsini Davud Kərimi tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Pit cərimə zərbəsindən fərqlənməyə çalışsa da, istəyi baş tutmur
Axundovun meydan sahiblərinin qapısına zərbəsi Kamal Bayramovda qalır
Cənublular hücumlarının sayını artırsa da, qol vura bilmir
Əmirquliyevin zərbəsi dəqiq alınmır
Abdullayevi Mario Rosas əvəzləyir
Mureşanın baş zərbəsi hədəfdən azacıq yan keçir
Doman cərimə zərbəsindən fərqlənmək istəsə də, top canlı səddən qayıdır
Klaudiney sarı vərəqə alır
Rahid Əmirquliyev cənublu azarkeşləri ayağa qaldırır - 1:0
Meydan sahiblərinin sevinci uzun çəkmir: Kristian Torres hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
Turun qalan oyunları sabah keçiriləcək: 20 noyabr: Qəbələ – Neftçi, Bakı – Turan, İnter – Qarabağ.
|
1
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
|
2
|
Neftçi
|
12
|
8
|
1
|
3
|
21-9
|
25
|
|
3
|
İnter
|
12
|
7
|
3
|
2
|
11-7
|
24
|
|
4
|
Qarabağ
|
12
|
6
|
2
|
4
|
16-12
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16
|
|
7
|
Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
|
8
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
|
9
|
Qəbələ
|
12
|
4
|
3
|
5
|
12-16
|
15
|
|
10
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
|
11
|
Turan
|
12
|
3
|
1
|
8
|
8-15
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Uinston Parks (Bakı), Flavinyo (Neftçi)
