19 noyabr 2011 01:56
Vaqif Sadıqov Sankt Peterburqdan 1 xalla qayıtdı
Futbol üzrə Rusiya Premyer Liqasında 31-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Mahaçqalanın "Anji" klubu da növbəti görüşünə çıxıb.
Mahaçqala klubu səfərdə "Zenit"in qonağı olub. Lakin tərəflərin səylərinə baxmayaraq, görüşdə qapılara qol vurulmayıb və oyun başladığı kimi də başa çatıb - 0:0.
Qeyd edək ki, Sadıqovun komandası ilk “səkkizlik”də mübarizə aparır. Bu komanda hazırda 49 xalla turnir cədvəlinin sonuncu - 8-ci pilləsində qərarlaşıb.
