19 noyabr 2011 14:08
Joze Alesio: Arazda nəyisə dəyişmək lazımdı
“Araz”ın baş məşqçisi Joze Alesio UEFA Kubokunun elit raundunda Çexiya “Chrudim”inə qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Birinci hissədə yaxşı təsir bağışlayırdıq. Amma ikinci hissədə tam əksinə oldu. Komandamız oyuna 100 faiz hazır deyildi. Biz hazırlıqlara çox gec başlamışdıq. Yoldaşlıq oyunu da keçirməmişdik. Digər tərəfdən “Chrudim”in yaxşı komanda olduğunu da unutmamaq lazımdı. Meydanın vəziyyəti də mənim xoşuma gəlmədi. Mən həmişəki komandamı görmürəm. Nəyisə dəyişmək lazımdı. “Barcelona”ya qarşı daha yaxşı oynamağa çalışacağıq”.