19 noyabr 2011 14:50

Andrey Popoviç: Bu, hələ başlanğıcdı

“Sumqayıt Şəhər”in qapıçısı Andrey Popoviç Premyer Liqanın 13-cü turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb və millidəki debütündən danışıb.
 
- Bütövlükdə, bu ayı sizin üçün uğurlu hesab etmək olar: “Sumqayıt Şəhər”lə iki ardıcıl qələbəyə sevindiniz, yığmada debüt etdiniz...
- Hə, heç də pis deyil. Mən hətta deyərdim ki, il də mənim üçün uğurlu alınır. İlin əvvəlində ilk dəfə yığmaya çağırıldım. Sonra “Abşeron”la birinci divizionda çempion oldum. Daha sonra isə “Sumqayıt Şəhər”lə Premyer Liqada çıxış etmək şansı qazandım.

- Qarşıda “Simurq”la oyun var. İlk dövrədəki məğlubiyyətin qisasını almaq hissi var?
- Bizi revanşdan daha çox qələbə düşündürür. Fikrimcə, artıq “Sumqayıt Şəhər”in hamıya uduzduğu günlər arxada qaldı. İndi hər kəs çox ciddi köklənib. Artıq mövsümün əvvəlində buraxdığımız səhvləri təkrarlamaq istəmirik.
 
- Oyunçularınızın əksəri müxtəlif yığmalardan yeni qayıdıb. Yorğunluğun problem yaradacağını düşünmürsüz?
- Xeyr. Uşaqlar hamısı növbəti qələbə üçün kökləniblər. Bu yolda yorğunluğun problem yaradacağına inanmıram. Əlbəttə, yol istər-istəməz yorur. Amma uşaqların meydana yaxşı əhavl-ruhiyyədə çıxıb, “Simurq”u yenmək üçün əllərindən gələni edəcəklərinə inanıram.

- Yığmadakı təlim-məşq toplanışınızı necə qiymətləndirərdiz?
- Toplanış sadəcə əla alındı. Məşqlərdən çox razı qaldım.

- Nəhayət, yığmada debüt etdiniz. Albaniya ilə qarşılaşma barədə nə deyərdiz?
- Kamran Ağayev zədələnən gündən başa düşmüşdüm ki, çərçivəni mən qorumalı olacam. Bütövlükdə, debütümün uğurlu alındığını deyə bilərəm. Albaniya heç də zəif komanda deyil. Onları səfərdə yenmək çox yaxşı nəticədi. Komandamız çox yaxşı oynadı. Xüsusilə də birinci hissədə. İkinci hissədə isə daha çox arxaya çəkilib, müdafiə olunduq. Bu, hələ başlanğıcdı. Gələcəkdə də belə davam etmək istəyirəm. Düzdü, Albaniya ilə oyunda səhvlərim var idi. Amma uşaqlar məni dəstəkləyirdilər ki, özümə inanım.

- Yəqin ki, həyəcanlı idiniz...
- Bəli, əlbəttə, var idi. Hər halda ölkənin əsas yığmasının qapısını qorumaq, özü də ilk dəfə asan deyil.
 
- Albaniyanı yenib, ikinci Bundesliqa klubuna – “Union Berlin”ə uduzdunuz...
- Biz yaxşı oynadıq. Özü də Berti Foqts yeni futbolçuları sınaqdan keçirirdi. O oyunda bizim üçün əsas olan nəticə yox, ilk dəfə milliyə dəvət alan futbolçuları sınamaq idi.
 
- Vəli Qasımov deyir ki, uşaqlar sadəcə bu oyuna ciddi yanaşmadılar...
- Qeyri-ciddilik yox idi. Uşaqlar bu oyuna da normal yanaşdılar. Sadəcə, yeni futbolçular çox idi. Bu, istər-istəməz sözünü dedi. Bütövlükdə, heç də pis oynamadıq.

- Kamran Ağayev sağaldıqda, yenə böyük ehtimalla ehtiyatda qalacaqsız...
- Rəqabət heç kimə problem yaratmır. Bu, hamımızın xeyrinə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.