19 noyabr 2011 15:04
“Bu oyun cox vacib görüş olsa da, sonuncu deyil”
“Qarabağ” sabah “İnter”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “qonşular”ın dueli maraqlı futbol vəd edir.
“İnter”in uzun müddət məğlubiyyətsiz irəliləməsi oyuna əlavə rəng qatacaq. “Qarabağ”ın cari mövsüm əsas futbolçularından olan Qara Qarayev oyunun çətin keçəcəyini düşünür:
“İnter”lə oyunun necə çətin olacağını qeydə etməyə ehtiyac yoxdu. Rəqibimiz güc futboluna üstünülk verir. 90 dəqiqə meydanda ancaq mübarizə olacaq. “İnter” cari mövsüm eyni zamanda baxımlılığa görə də artırıb. Artıq bir neçə yerli gənc də meydana çıxır. İlk oyunumuzda “İnter”i məğlub etsək də, bakılılar da yaxşı təsir bağışlamışdı. Sabahkı oyunda “İnter” ev sahibi kimi qələbə qazanmaq istəyəcək. Milli oyunlarla əlaqədar biz cəmi 2 gün birlikdə məşq etmişik. Üstəlik, Rəşad Sadıqovun da olmaması bizim üçün böyük itkidi. Bu oyun cox vacib görüş olsa da, sonuncu deyil. Hələ çox belə oyunlara çıxacağıq”.
