19 noyabr 2011 18:39
Mehman Allahverdiyev: Kəpəz məğlubiyyətə layiq idi
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 13-cü turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bilirdik ki, çətin oyun olacaq. “Qəbələ” üzərindəki qələbədən sonra rəqibimizdə özünə inam daha da artmışdı. Komandamın iki taktiki səhvi nəticəsində qapımızda qollar gördük. Hər dəfə qapıçımız topu əlindən buraxdı və rəqib futbolçular təkrar zərbəylə qol vurdular. Biz bu gün rəqibdən zəif oynadıq. Məğlubiyyətə layiq idik”.
