19 noyabr 2011 18:48
Bernard Raab: Səhvlərimiz Simurqa qələbə qazandırdı
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 13-cü turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda pis oynadı. Biz ümumiyyətlə özümüzə oxşamırdıq. Ötürmələr zamanı 250-ə yaxın səhv buraxdıq. Komandada oyunun gedişini dəyişə biləcək futbolçu yox idi. Təəssüf ki, zədələr Zaqatalaya yaxşı heyətlə gəlməyimizə imkan verməmişdi. Amma hər şeyə rəğmən, “Sumqayıt Şəhər” məğlubiyyətə layiq deyildi. Səhvlərimiz “Simurq”a qələbə qazandırdı.
