19 noyabr 2011 19:07
“Uşaqlar bütün tapşırıqlarımı yerinə yetirdilər”
AZAL-ın baş məşqçisi funksiyasını yerinə yetirən Rafiq Mirzəyev Premyer Liqanın 13-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Birinci dövrədə bu rəqibimizə uduzmuşduq. Bilirdik ki, gəncəlilər sürpriz edəcək gücdədilər. Uşaqlar sağ olsunlar ki, mənim bütün tapşırıqlarımı yerinə yetirdilər. Ehtiyatlı oynadıq və qələbə qazandıq. Amma komandanın həyəcanlı olduğunu da görmək mümkün idi. Artıq qarşıdakı “İnter”lə oyuna hazırlaşmalıyıq”.
