19 noyabr 2011 19:18
Mirça Rednik: Neftçi ilə oyundan fərqli bu gün yaxşı oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 13-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:1 hesabıyla heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Neftçi” ilə üzücü oyundan sonra bu oyunda qələbə qazanmağı çox istəyirdik. Ancaq təəssüf ki, alınmadı. Birinci hissədə “Rəvan” futbolçuları çox gözəl oyun nümayiş etdirdilər. Lakin ikinci hissədə üstünlük bizdə oldu. Əsas heyətimizdən altı nəfər zədəli olduğundan oynaya bilmədilər. “Neftçi” ilə qarşılaşmadan fərqli olaraq bu gün futbolçularım yaxşı oynadılar. “Neftçi” ilə oyundan sonra yenə bizə dəstək olduqları üçün azarkeşlərə təşəkkür edirəm”.
