19 noyabr 2011 19:24
“XL-ın bu oyunda qələbə qazanmaq üçün güclü hazırlaşacağını bilirdik”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 13-cü turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:1 hesabıyla heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”yə məğlub olduqdan sonra “Xəzər Lənkəran”ın bu oyunda qələbə qazanmaq üçün güclü hazırlaşacağını bilirdik. Hesab bərabər olsa da, çox gərgin oyun oldu. Futbolçularıma təşəkkür edirəm, oyunçularımdan çox razıyam. İlk hissədə qol imkanlarımız olsa da, yararlana bilmədik. Son dəqiqələrdə qapımıza qol vuruldu, ancaq əlavə dəqiqələrdə hesabı bərabərləşdirə bildik”.
