19 noyabr 2011 19:31
Yuran: Futbolçularım yaxşı oynadılar
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 13-cü turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Çətin bir qarşılaşma olacağını bilirdik. Ona görə də bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım yaxşı oynadılar. Bir çox qol imkanlarından istifadə edə bilməsək də, futbolçularımdan razıyam. Yerli futbolçular da yaxşı oynadılar”.
