20 noyabr 2011 00:03
Zirvə əldən gedir
Futbol üzrə Azərbaycan Premyer Liqasında qısa fasilə ötən gün başa çatdı və 13-cü turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutdu.
Ötən tur ən yaxın izləyicisi “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Rəvan”ı qəbul edirdi. Lənkəranlılar ilə ən yaxın izləyicisi “Neftçi” arasında cəmi bir xal fərqi vardı. “Xəzər Lənkəran” “Rəvan”la oyunda hər hansı xal itkisi ilə üzləşsə, son çempion “Neftçi” zirvəni ələ keçirə bilərdi. Həm ötən turdakı məğlubiyyəti unutmaq, həm də “Neftçi” ilə xal fərqini qorumaq üçün “Xəzər Lənkəran” doğma azarkeşləri önündə qələbə qazanmalıydı. Ötən tur evdə “Simurq” ilə heç-heçə edən “Rəvan” isə sadəcə 1 xala ümid edə bilərdi. Hər halda cənub təsmilçisini Lənkəranda məğlub etmək bakılıların “dişinə” görə deyildi.
Amma nə qədər gözlənilməz olsa da, “Xəzər Lənkəran” bu oyunda da xal itirdi. Ümumiyyətlə, Vladislav Qədirovun gəlişindən sonra çox yaxşı təsir bağışlayan “Rəvan” yalnız “İnter”ə uduzmuşdu. Çoxları bu oyunda da paytaxt təmsilçisinin uduzacağını gözləyirdi. Qarşılaşma isə tam fərqli mətləbləri üzə çıxardı. Matçın böyük hissəsi qol olmadan keçdiyi üçün, qarşılaşmanın elə 0:0 başa çatacağını gözləmək olardı. Lakin məhz matçın sonlarında meydan sahibləri lazımi qolu vurmağı bacardılar. Bakılılar isə hətta qol buraxdıqdan sonra da ruhdan düşmədilər. Bunun məntiqi nəticəsi kimi Qədirovun yetirmələri “Xəzər Lənkəran”ın sevincinin uzun sürməsinə imkan vermədilər. Beləcə, bu komandaların Premyer Liqadakı ikinci dueli də heç-heçə başa çatdı. Xatırladaq ki, cari mövsümdə Lənkəran təmsilçisindən ilk xal alan komanda da məhz “Rəvan” olmuşdu. 4-cü turun oyunları çərçivəsində paytxada keçirlən qarşılaşmada da rəqiblər hərəyə bir dəfə fərqlənmişdilər.
Ötən turda doğma azarkeşləri önündə “Qəbələ” üzərində inamlı qələbə qazanaraq təhlükəli zonadan uzaqlaşan AZAL “Kəpəz”i qəbul edirdi. Yeddi tur qələbə qazana bilməyən AZAL uğursuz oyunlar seriyasına ötən tur son qoysa da, rəqibi kimi “uğursuz zolağa” düşən “Kəpəz” buna AZAL-la oyunda son verə bilərdi. Düzdü, Gəncə təmsilçisi ötən tur doğma azarkeşləri önündə “Bakı”ya məğlub olaraq turnir cədvəlinin onuncu pilləsinə gerilədi. Özü də qərb təmsilçisi hazırda çepionatın ən etibarsız müdafiə xəttinə sahib komandasıdı. Amma bütövlükdə, Mehman Allahverdiyevin komandası cari mövsümdə bəzi sürprizlərə imza atmasıyla yadda qalmağı bacarmışdı. Ən azı ilk dövrədəki ev oyununda AZAL da gəncəlilərə məğlubiyyətdən yaxa qurtara bilməmişdi.
Elxan Abdullayevin istefasından sonra baş məşqçisiz qalan “təyyarəçilər” ötən tur “Qəbələ”ni darmadağın etməklə nəyə qadir olduqlarını göstərmişdilər. Paytaxt klubu bu dəfə də uğur qazanmağı bacardı. Hər hissəyə bir qol vuran AZAL qazandığı 3 xal sayəsində həm də ilk altılığa qayıtmış oldu. “Kəpəz”də isə uğursuz seriya davam edir. Komanda birinci dövrənin əvvəlində sərgilədiyi oyunla ilk altılığa düşmək barədə düşünürdüsə, indi artıq alt pillələrdən qurtulmağa çalışır.
12-ci turda səfərdə “Qarabağ” üzərində qələbə qazanaraq sensasiyaya imza atan “Sumqayıt Şəhər” isə “Simurq”un qonağı idi. “Qarabağ”ı məğlub etməklə xallarını doqquza yüksəldən “Sumqayıt Şəhər” hələ də turnir cədvəlinin son pilləsində qərarlaşsa da, on birinci pillənin sahibi “Turan” ilə xal fərqini minimuma endirə bilib. Sumqayıt təmsilçisi Zaqataladan qələbə ilə dönsəydi, turnir cədvəlində irəliləyə də bilərdi. Turnir cədvəlində doqquzuncu olan Zaqatala təmsilçisi isə qazandığı qələbələr nəticəsində son pillələrdən qurtulsa da, “Sumqayıt Şəhər”ə məğlub olacağı təqdirdə yenidən təhlükəli zonaya düşə bilərdi. Bu üzdən də Zaqataladakı görüşün gərgin və maraqlı keçəcəyi gözlənilən idi.
Yeri gəlmişkən, bu komandalar arasında keçirilmiş birinci dövrənin oyununda “Simurq” 1:0 hesabı ilə qalib ayrılmışdı. Bu üzdən də Sumqayıt təmsilçisi həm də revanş almaq arzusunda idi. Amma qarşılaşmada uzun müddət hesab açılmasa da, son dəqiqələrdə yenə Robertas Poşkus “Sumqayıt Şəhər”in qapısına yol tapmağı bacardı. Maraqlıdı ki, elə ilk dövrədə də Bernard Raabın komandası məhz onun vurduğu yeganə qolla məğlub olmuşdu. Bu qələbə sayəsində SŞ sonunculuğu qorudusa, “Simurq” artıq ilk altılığın “qapısını döyməyə” başlayıb.
Premyer Liqa
13-cü tur
19 noyabr
Xəzər Lənkəran - Rəvan - 1:1 (0:0)
Qollar: Rahid Əmirquliyev, 88 (1:0), Kristian Torres, 90+1 (1:1).
Vərəqələr: Adrian Pit, 23 (hakimin qərarına etiraz), Elnur Allahverdiyev, 84 (rəqibə badalaq vurduğuna görə) - Samuel Barlay, 30 (düşünmədən rəqibin ayağına zərbə), Reys Klaudiney, 83 (oyunun vaxtını uzatdığına görə) – sarı.
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
19 noyabr 2011. Lənkəran şəhər mərkəzi stadionu. 6000 tamaşaçı.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 7. Katalin Doman (18. Alim Qurbanov, 80), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (32. Mario Rosas, 61), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Elvin Beqiri, 17. Zahid Quliyev, 20. Eldar İsmayılov, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Natiq Kərimi, 7. Reys Klaudiney (30. Şarapudin Şalbuzov, 90+2), 8. Tural Axundov, 11. Şerif Suma, 13. Fərid Həşimzadə, 17. Ramazan Abbasov (90. Sergey Çernışev, 89), 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 16. Fərrux Rəhimov, 21. Anar Qasımov, 22. Amid Hüseynov, 25. Səbuhi Həsənov.
Baş məşqçi: Vladislav Qədirov.
Simurq - Sumqayıt Şəhər - 1:0 (0:0)
Qol: Robertas Poşkus, 80
Vərəqələr: Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti) - Timur İsrafilov, 76 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
19 noyabr 2011. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 13. Aleksandr Şemonayev (k), 79. Vidas Alunderis, 17. Rüstəm Məmmədov, 6. Mikayıl Rəhimov, 28. Yevgeni Şmakov, 77. Daniel Genov, 10. Tofiq Mikayılov (8. Qərib İbrahimov, 85), 14. Andrey Rubin (9. Əli Bağırov, 81), 11. Robertas Poşkus (21. Kristaps Qrebis, 88).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 15. Anar Həsənli, 5. Rəşad Eyubov, 23. Ruhid Usubov.
Baş məşqçi: Sergey Yuran.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 47. Abdulla Abatsiyev, 8. Emin Mustafayev (k) (7. Mahmud Qurbanov, 71), 90. Eldar Məmmədov (15. Aleksandr Qross, 64), 19. Orxan Əliyev (70. Şamil Camaləddinov, 79), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 21. Murad Səttarlı, 27. Ramil Həşimzadə.
Baş məşqçi: Bernhard Raab.
AZAL - Kəpəz - 2:0 (1:0)
Qollar: Bronislav Arsenyeviç, 38 (1:0), Tales Şütz, 59 (2:0).
Vərəqələr: Aqil Nəbiyev, 51 (qeyri-idman hərəkəti) - Renat Sultanov, 73 (qeyri-idman hərəkəti), Cavad Mirzəyev, 81 (bilərəkdən əl ilə oyun) – sarı.
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əziz Əliyev .
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
19 noyabr 2011. Bakı. AZAL Arena. 1000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Bronislav Arsenyeviç, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 11. Zohair Benouahi (15. Georgi Boqyu, 74), 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov (88. Ervin Bulku, 70), 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 87), 20. Mansur Limani, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 14. Orxan Səfiyaroğlu.
Məşqçi: Rafiq Mirzəyev.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (14. Dmitri Parxaçov, 46), 7. Asif Qədiri (23. Junivan Suares, 46), 8. Armand Feutçine, 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 28. Milan Antiç (17. Renat Sultanov, 51), 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 11. Sabir Allahquliyev, 15. Şahin Kərimov, 19. Zaur Əsədov.
Baş məşqçi: Mehman Allahverdiyev.
Turun qalan oyunları bu gün keçiriləcək: Qəbələ – Neftçi, Bakı – Turan, İnter – Qarabağ.
|
1
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
|
2
|
Neftçi
|
12
|
8
|
1
|
3
|
21-9
|
25
|
|
3
|
İnter
|
12
|
7
|
3
|
2
|
11-7
|
24
|
|
4
|
Qarabağ
|
12
|
6
|
2
|
4
|
16-12
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16
|
|
7
|
Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
|
8
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
|
9
|
Qəbələ
|
12
|
4
|
3
|
5
|
12-16
|
15
|
|
10
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
|
11
|
Turan
|
12
|
3
|
1
|
8
|
8-15
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Uinston Parks (Bakı), Flavinyo (Neftçi)
