20 noyabr 2011 19:52
İnterlə Qarabağdan sülh, Bakıdan şou, Neftçi məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə olduğu kimi, son gündə də üç qarşılaşma baş tutub.
Son çempion “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub. Qarşılaşma paytaxt klubunun minimal hesablı məğlubiyyəti ilə başa çatıb. Autsayder “Turan” bu tur “Bakı”nın qonağı olub. Paytaxt təmsilçisi 5 cavabsız qolla qələbə qazanıb. Premyer Liqada 13-cü tura “İnter” – “Qarabağ” qarşılaşması ilə yekun vurulub. Görüş qolsuz heç-heçəylə başa çatıb.
Premyer Liqa
13-cü tur
20 noyabr (bazar)
İNTER – QARABAĞ - 0:0 (0:0)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
Bakı. “Şəfa” stadionu.
Oyun başladı
2. "İnter" meydanın sağ cinahı ilə hücum qursa da E.Abdulov topu itirir
3. "İnter" cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına asma, müdafiəçilər topu uzaqlaşdırırlar
5. "Qarabağ" küncdən zərbə yerinə yetirir. L.Roşanın qapı qarşısına asması zamanı B.Çervenko topu cərimə meydançasından uzaqlaşdırır
7. "Qarabağ" daha bir künc zərbəsi qazanır. V.Nadirovun asmasını V.Levin başla uzaqlaşdırır
8. E.Abdulova qarşı kobudluğa görə M.Medvedev sarı vərəqə ilə cəzalanır
10. P.Zlatinovun uzaqdan zərbəsini B.Pavloviç dəf edir
12. "İnter"in əks-hücumu zamanı E.Krastovçevin ara ötürməsinə N.Hacıyev çata bilmir
13. N.Hacıyevin uzaqdan zərbəsi qapının yanından keçir
14. Ə.İsmayılovun ötürməsinə V.Nadirov çata bilmir
16. P.Zlatinovun gözəl ötürməsindən sonra E.Abdulov qapıçı ilə üz-üzə qasa da, topu ram edə bilmir
18. "İnter" künc zərbəsi yerinə yetirir. P.Zlatinovun asmasını V.Levin qapıya istiqaməyləndirir, lakin top qapının yanından keçir
22. A.Daşdəmirovun uzaq zərbəsi qeyri dəqiq alınır
24. A.Daşdəmirovun asmasını müdafiəçilər uzaqlaşdırırlar
29. Ə.İsmayılovun ara ötürməsindən sonra V.Abramidze topun qarşısını kəsib, R.Sadiqova zərbə endirməyə imkan vermir
30. N.Hacıyevin zərbəsi qapının üstündən keçir
34. R.Əliyevin zərbəsini G.Lomaya tutur
37. Kobud oyuna görə İ.Niasse sarı vərəqə ilə cəzalanır
38. A.Aqollinin sağ cinahdan ötürməsindən sonra R.Əliyev qapı ilə üz-üzə qalsa da zərbəsi qapının üstündən keçir
40. E.Krastovçevin uzaqdan zərbəsi qapının üstündən keçir
41. L.Roşanın zərbəsi qapıdan yan keçir
45. P.Zlatinovun ötürməsindən sonra E.Abdulovun zərbəsi qapının yanından keçir
45+1. Birinci hissəyə bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. V.Nadirovun canahdan qapı qarşısına asmasının qarşısını V.Levin alır
52. Oyunun ba dəqiqələrində mübarizə meydanın mərkəzində gedir və qapılar qarşısında təhlükə yaşanmır
54. N.Hacıyevin zərbəsini B.Pavloviç tutur
55. P.Zlatinov künc zərbəsindən topu cərimə meydançasına göndərir. V.Abramizenin zərbəsi qapının yanından keçir
56. L.Roşanın təhlükəli zərbəsini G.Lomaya dəf edir
61. Ə.İsmayılovun qapı qarşısına asması G.Lomayaya qismət olur
63. V.Nadirovun zərbəsini G.Lomaya tutur
64. "İnter"də oyunçu dəyişikliyi: E.Krastovçevin əvəzinə meydana B.Sxadadze daxil olur
67. "Qarabağ"da oyunçu dəyişikliyi: R.Əliyevin əvəzinə meydana Q.Qarayev daxil olur
70. B.Pavloviçin səhvindən B.Sxadadze istifadə edə bilmir
71. V.Nadirovun zərbəsi qeyri-dəqiq alınır
75. N.Hacıyevin akrobatik zərbəsi qapının üstündən keçir
76 "İnter"də oyunçu dəyişikliyi: E.Abdulovun əvəzinə meydana A.Məmmədov daxil olur
77. "Qarabağ"da oyunçu dəyişikliyi: V.Nadirovun əvəzinə meydana G.Adamiya daxil olur
78. A.Daşdəmirovun ötürməsindən sonra N.Hacıyevin zərbəsi qapının yanından keçir
80. G.Adamiyanın zərbəsi qapıdan aralı keçir
81. B.Sxadadzenin zərbəsinin qarşısını B.Pavloviç alır
83. "İnter"in əks hücumunun qarşısını A.Telli alır
84. Kobud oyuna görə V.Abramidze sarı vərəqə ilə cəzalanır
85. "İnter"də oyunçu dəyişikliyi: İ.Niassenin əvəzinə meydana A.Mirili daxil olur
86. A.Aqolinin asmasından sonra Ə.İsmayılov qapıya zərbə endirsə də, G.Lomaya topu meydandan çıxarır
88. A.Aqolinin asmasını G.Lomaya tutur
90. Oyunun əsas vaxtına üç dəqiqə əlavə olunur
Matç başa çatdı
QƏBƏLƏ – NEFTÇİ - 1:0 (1:0)
Qol: Aleksandr Çertoqanov, 40 (1:0).
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
Bu, Toni Adamsın istefasından sonra meydan sahiblərinin ilk oyunudu. Komandanı meydana Fatih Kavlak çıxarıb
"Qəbələ" həmçinin dopinq qalmaqalı səbəbindən kapitan Mahir Şükürovsuz meydana çıxıb
Yeni kapitan Saşa Yunisoğludu
Oyunun ilk dəqiqələri hələ ki, sakit keçir
14. Veselko Trivunoviç Flavinyoya qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır
19. "Qəbələ"nin 9 nömrəli futbolçusu Viktor Mendi qapıçı ilə təkbətək qalsa da, topa dəqiq zərbə endirə bilmir
22. Bahodir Nasimov rəqib qapıçı ilə üzbəüz qalsa da, qolkiper topa daha tez çatır
26. "Qəbələ"nin küncə zərbəsindən sonra Vurğun Hüseynovun başla zərbəsi qapıdan aralı keçir
31. Alessandro Viana da Silvanın zərbəsindən sonra qapıçı topu tutur
34. Cavid Hüseynov cərimə meydançasında topu saxlamadan qapıya vursa da, qapıçı topu tutur
39. Denis Silva kobud oyuna görə sarı vərə ilə cəzalandırılır
40. Aleksandr Çertoqanov cərimə zərbəsindən qonaqların qapısına yol tapır - 1:0
43. Cavid İmamverdiyev yaxın məsafədən hədəfə düşə bilmir
45. İlk hissəyə 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "Qəbələ"nin futbolçusu Barton qol şansından yararlana bilmir
51. "Qəbələ"nin heyətində Deon Bartonu Nuran Qurbanov əvəzlədi
60. Meydan sahibləri oyunun tempini aşağı salmağa çalışır və əks-hücumlara bel bağlayırlar
67. Fərid Quliyev Cavid İmamverdiyevin əvəzində meydana çıxır
73. Cavid Hüseynovun zərbəsindən sonra Doroşev komandasını qoldan xilas etdi
75. Fərid Quliyev əlverişli vəziyyətdən şansını dəyərləndirə bilmir
78. Cavid Hüseynovun əvəzində meydana Emil Mpenza çıxır
85. "Neftçi"nin hücumları bəhrəsini vermir
87. Yaşar Abuzərov Serje Cehoanın əvəzində meydana daxil olur
88. Doroşev vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılır
90. İkinci hissənin əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Saşa Yunisoğlunun Denis Silvaya qarşı kobudluq etdiyini bildirən hakim meydan sahiblərinin qapısına penalti təyin edir
90+6. Fərid Quliyev penalti zərbəsindən yararlana bilmədi. Onun zərbəsindən sonra rəqib qapıçı topu qaytardı və top tirə tuş gəldi
Matç başa çatdı
BAKI – TURAN - 5:0 (4:0)
Qollar: D.İvanov, 15 (1:0), X.Junior, 28 (2:0), U.Parks, 39 (3:0), A.Şoliç, 44 (4:0), X.Junior, 88 (5:0)
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
Bakı. “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.
Oyun başladı
2. Elvin Məmmədov cərimə meydançası yaxınlığında kobudluqla dayandırılır
3. Məmmədovun özünün yerinə yetirdiyi cərimə zərbəsini qonaqların qapıçısı geri qaytara bilir
5. "Bakı"nın künc zərbəsindən fərqlənmək istəyinə qapıçı mane olur
7. Meydan sahiblərinin təhlükəli hücumu uzaqdan zərbə ilə başa çatsa da, qapıçı topu dəf edir
10. Demək olar ki, tam olaraq əvəzedici heyətlə meydana çıxan "Turan" bütün gücüylə müdafiə olunur və əks-hücumlara bel bağlayır
13. Məhərrəm Müslümzadə meydan sahiblərinin qapıçısını uzaqdan zərbəylə sınağa çəksə də, Şarliya yerindədi
15. Şoliçin künc nöqtəsindən ötürməsini Denis İvanov başla tora qovuşdurur - 1:0
25. "Bakı"nın ərazi üstünlüyü davam edir. "Turan" isə arabir hücumlar qursa da, "dişsiz"di
27. "Bakı"nın əla hücumunu Parks qeyri-dəqiq zərbəylə tamamlayır
28. Xavyer Junior uzaq məsafədən əla qola imza atır - 2:0
33. Ruslan Abbasov az qala komandasının öz qapısına qol vuracaqdı. Son anda onun uzaqlaşdırmaq istədiyi top kornerə çıxır
34. "Bakı"nın iki ardıcıl künc zərbəsindən fərqlənmək istəyi alınmır
39. Əla ötürmə sayəsində qapıçı ilə üz-üzə qalan Parks onu aldadıb hesabı artırır - 3:0
41. Şoliçin zərbəsi qapıdan aralı keçir
43. X.Juniorun zərbəsi qapıdan azacıq aralı keçir
44. Şoliç müdafiəçilərdən əla sıyrılaraq topu qapıçının başı üzərindən tora qovuşdurur - 4:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Denis İvanovun əvəzində meydana Stefan Bates çıxır
48. Meydan sahibləri ikinci hissəyə də hücumlarla başlayıblar
50. Qapıçı Səhrətov komandasını beşinci qoldan xilas etdi
56. Parksın əvəzində meydana Maris Verpakovski çıxır
57. Şoliçi isə Jaba əvəzləyir
59. Jaba Verpakovskinin əla ötürməsini yaxın məsafədən tora qovuşdura bilmir
59. Jaba qapıçı ilə üz-üzə qalır, onu da keçir, amma aşırma zərbəsini müdafiəçi son anda qapı xəttindən çıxarır
60. "Turan"da Yasin Abbasovun əvəzində Budaq Nəsirov meydana çıxır
63. Azər Məmmədovun əvəzində meydana Elmixan Məmmədov daxil olur
67. Jaba beşinci qolu vurmağa yaxın olsa da, müdafiəçi topu kornerə çıxarır
68. Məhərrəm Müslümzadəni Aqşin Sadıqov əvəzləyir
71. "Turan"ın kornerdən fərqlənmək istəyi alınmır
73. "Bakı" da korneri uğursuz yerinə yetirir
88. X.Junior cərimə zərbəsindən əla qola imza atdı - 5:0
Matç başa çatdı
Qeyd edək ki, turun digər oyunları şənbə günü keçirilmişdi: AZAL – Kəpəz - 2:0, Simurq – Sumqayıt Şəhər - 1:0, Xəzər Lənkəran – Rəvan - 1:1.
|
1
|
Xəzər Lənkəran
|
13
|
8
|
3
|
2
|
18-13
|
27
|
|
2
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
|
3
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25
|
|
4
|
Bakı
|
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
|
5
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
|
6
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
|
7
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16
|
|
8
|
Simurq
|
13
|
4
|
3
|
6
|
11-13
|
15
|
|
9
|
Rəvan
|
13
|
3
|
6
|
4
|
16-17
|
15
|
|
10
|
Kəpəz
|
13
|
3
|
3
|
7
|
16-22
|
12
|
|
11
|
Turan
|
13
|
3
|
1
|
9
|
8-20
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
13
|
2
|
3
|
8
|
7-17
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan), Uinston Parks (Bakı).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Flavinyo (Neftçi).
