20 noyabr 2011 00:01
Bundesliqada hakim intihar etdi, matç təxirə salındı
Almaniya Bundesliqasında ötən gün oynanılması planlaşdırılan “Cologne” – “Mainz” matçı gözlənilməz bir olay nəticəsində təxirə salınıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı idarə etməli olan baş hakim Babak Rafatinin intihara cəhd etməsi Almaniya futbol ictimaiyyətini şoka salıb.
Məhz bu üzdən də Almaniya Futbol İttifaqı sözügedən qarşılaşmanı təxirə salmalı olub. 1970-ci il təvəllüdlü, İran əsilli hakimin otel otağında biləklərini kəsərək intihar etdiyi bildirilir. Özü də maraqlıdı ki, o, bu addımını sözügedən görüşün startından 2-3 saat öncə atıb.
Qeyd edək ki, hakimliyə 1997-ci ildə başlayan və 2005-ci ildən bu yana Bundesliqada matç idarə edən Bafati dərhal xəstəxanaya qaldırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Lakin bu barədə xəbərin yayılması “Rhein Energie” stadionunu dolduran 40 minə yaxın azarkeşi, eləcə də sözügedən klubların rəsmilərini şoka salıb.
