19 noyabr 2011 00:05
Neftçi və Qarabağ üçün gözəl şans
Bu gün və sabah Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə - 19 noyabrda üç qarşılaşma baş tutacaq.
Ötən tur ən yaxın izləyicisi “Neftçi”yə məğlub olan “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “Rəvan”ı qəbul edəcək. Lənkəranlılar ilə ən yaxın izləyicisi “Neftçi” arasında cəmi bir xal fərqi var. “Xəzər Lənkəran” “Rəvan”la oyunda hər hansı xal itkisi ilə üzləşsə, son çempion “Neftçi” zirvəni ələ keçirə bilər. Həm ötən turdakı məğlubiyyəti unutmaq, həm də “Neftçi” ilə xal fərqini qorumaq üçün “Xəzər Lənkəran” doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Ötən tur evdə “Simurq” ilə heç-heçə edən “Rəvan” güclü rəqibinə qarşı cəzalı olan müdafiəçi Ekrem Hodziç və yarımmüdafiəçi Taqim Novruzovun xidmətlərindən yararlana bilməyəcək. “Rəvan”ın heyətində Ekrem Hodziçin oynamamasını komandanın müdafiə xəttində böyük itki hesab etmək olar. Xatırladaq ki, cari mövsümdə Lənkəran təmsilçisindən ilk xal alan komanda məhz “Rəvan” olmuşdu. 4-cü turun oyunları çərçivəsində paytxada keçirlən qarşılaşmada rəqiblər hərəyə bir dəfə fərqlənmişdilər.
Ötən turda doğma azarkeşləri önündə “Qəbələ” üzərində inamlı qələbə qazanaraq təhlükəli zonadan uzaqlaşan AZAL “Kəpəz”i qəbul edəcək. Yeddi tur qələbə qazana bilməyən AZAL uğursuz oyunlar seriyasına ötən tur son qoysa da, rəqibi kimi “uğursuz zolağa” düşən “Kəpəz” buna AZAL-la oyunda son verməyə çalışacaq. Gəncə təmsilçisi ötən tur doğma azarkeşləri önündə “Bakı”ya məğlub olaraq turnir cədvəlinin onuncu pilləsinə geriləyib. Qeyd edək ki, “Kəpəz”in aktivində 16, passivində isə 20 qol var və qərb təmsilçisi hazırda çepionatın ən etibarsız müdafiə xəttinə sahibdi.
12-ci turda səfərdə “Qarabağ” üzərində qələbə qazanaraq sensasiyaya imza atan “Sumqayıt Şəhər” “Simurq”un qonağı olacaq. “Qarabağ”ı məğlub etməklə xallarını doqquza yüksəldən “Sumqayıt Şəhər” hələ də turnir cədvəlinin son pilləsində qərarlaşsa da, on birinci pillənin sahibi “Turan” ilə xal fərqini minimuma endirə bilib. Sumqayıt təmsilçisi Zaqataladan qələbə ilə dönsə, turnir cədvəlində irəliləyə də bilər. Turnir cədvəlində doqquzuncu olan Zaqatala təmsilçisi qazandığı qələbələr nəticəsində son pillələrdən qurtulsa da, “Sumqayıt Şəhər”ə məğlub olacağı təqdirdə yenidən təhlükəli zonaya düşə bilər. Bu komandalar arasında keçirilmiş birinci dövrənin oyununda “Simurq” 1:0 hesabı ilə qalib ayrılmışdı. Qeyd edək ki, “Simurq”un heyətində Rasim Ramaldanov cəzalı olduğundan meydana çıxa bilməyəcək.
Son çempion “Neftçi” səfərdə “Qəbələ”nin qonağı olacaq. “Neftçi” ötən tur “Xəzər Lənkəran” üzərində cari mövsümün ən böyük hesablı qələbəsini qazandığı halda “Qəbələ” səfərdə AZAL-a məğlub olmuşdu. Turnir cədvəlinin liderini məğlub edən Böyükağa Hacıyevin yetirmələrinin özünə inamın daha da artdığını düşünmək olar. “Qəbələ”də isə əksinə - həm komandanın ötən tur gözlənilməz hesabla məğlub olması, həm də baş məqçi Toni Adamsın istefa verməsi futbolçuların “Neftçi” ilə oyuna psixoloji təzyiq altında çıxacağını söyləməyə imkan verir. Qəbələ təmsilçisi bu oyuna Fatih Kavlakın rəhbərliyi altında çıxacaq. “Neftçi” cari mövsümdə rəqib qapılarına 21 qol vurmaqla hazırda çempionatın ən məhsuldar hücum xəttinə sahibdi. Paytaxt təmsilçisinin passivində isə 9 qol var və bu göstərici ”Neftçi”nin müdafiə xəttinin etibarlılığından xəbər verir. Bu komandalar arasında cari mövsümün birinci dövrəsinin VI turunda paytxatda keçirilmiş oyunda “Neftçi” 2:0 hesabı ilə qələbə qazanmışdı. “Neftçi”nin heyətində yarımmüdafiəçi Rəşad Abdullayev, “Qəbələ”nin heyətində isə müdafiəçi Daniel Lopes Kruz cəzalı olduqlarından meydana çıxa bilməyəcəklər.
Autsayder “Turan” bu tur “Bakı”nın qonağı olacaq. Qərb təmsilçisi 10 xalla turnir cədvəlinin onbirinci pilləsində qərarlaşıb, “Bakı” isə 19 xalla turnir cədvəlinin beşincisidir. Güclü rəqibinə qarşı “Turan”ın qələbə qazanacağı inandırıcı görünməsə də, qərb təmsilçisinin Bakıdan bir xal ilə dönməsini uğur kimi qəbul etmək olar. Birinci dövrənin 6-cı turunda Tovuzda keçirilmiş oyunda “Bakı” 2:0 hesabı ilə qələbə qazanmışdı. Elə bu dəfə də paytaxt klubunun asan qələbə qazanacağını demək olar. Çünki ciddi maliyyə problemləri ilə üz-üzə olan Tovuz təmsilçisinin nəinki aparıcı futbolçularının, heç baş məşqçi Əsgər Abdullayevin də komandaya kömək etməyəcəyi bildirilir.
Premyer Liqada 13-cü tura “İnter” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq. Ötən tur doğma azarkeşləri önündə “Sumqayıt Şəhər”ə məğlub olan Qurban Qurbanovun komandası 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “İnter” isə 24 xalla turnir cədvəlinin üçüncüsüdür. “Bakı” ilə oyundan sonra verilən texniki məğlubiyyəti nəzərə almasaq, “Inter”i cari mövsümdə məğlub edən yeganə komanda Ağdam təmsilçisidir. Birinci dövrənin ikinci turunda keçirilən qarşılaşmada “Qarabağ” doğma azarkeşləri önündə “İnter”i minimal hesabla məğlub etmişdi. Bazar günü keçiriləcək qarşılaşmada hər iki komanda liderlər qrupundan uzaqlaşmamaq üçün qələbə qazanmağa çalışacaq. “İnter”in heyətində Samir Zərgərov cəzalı olduğundan “Qarabağ”a qarşı forma geyinə bilməyəcək.
Premyer Liqa
13-cü tur
19 noyabr (şənbə)
AZAL – Kəpəz
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena. Saat 16:00.
Simurq – Sumqayıt Şəhər
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
Xəzər Lənkəran – Rəvan
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:30.
20 noyabr (bazar)
Qəbələ – Neftçi
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
Bakı – Turan
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:30.
İnter – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Şəfa” stadionu. Saat 18:00.
|
1
|
Xəzər Lənkəran
|
12
|
8
|
2
|
2
|
17-12
|
26
|
|
2
|
Neftçi
|
12
|
8
|
1
|
3
|
21-9
|
25
|
|
3
|
İnter
|
12
|
7
|
3
|
2
|
11-7
|
24
|
|
4
|
Qarabağ
|
12
|
6
|
2
|
4
|
16-12
|
20
|
|
5
|
Bakı
|
12
|
5
|
4
|
3
|
15-11
|
19
|
|
6
|
Qəbələ
|
12
|
4
|
3
|
5
|
12-16
|
15
|
|
7
|
Rəvan
|
12
|
3
|
5
|
4
|
15-16
|
14
|
|
8
|
AZAL
|
12
|
3
|
4
|
5
|
15-16
|
13
|
|
9
|
Simurq
|
12
|
3
|
3
|
6
|
10-13
|
12
|
|
10
|
Kəpəz
|
12
|
3
|
3
|
6
|
16-20
|
12
|
|
11
|
Turan
|
12
|
3
|
1
|
8
|
8-15
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
12
|
2
|
3
|
7
|
7-16
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Uinston Parks (Bakı), Flavinyo (Neftçi)
