19 noyabr 2011 12:05

13-cü tur: Arif Əsədovun proqnozu

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytı üçün Premyer Liqanın 13-cü turunun oyunlarına proqnozlarını açıqlayıb.
 
AZAL – Kəpəz
Son qələbə AZAL-ın oyununa çox təsir göstərəcək. Fikrimcə, komanda özünə gəldi. Bu turda da onlar 3 xal üçün oynayacaqlar. “Kəpəz” isə son oyunlarda o qədər də inamlı görünmür. Ola bilsin ki, yorğunluq öz sözünü deyir. AZAL qələbə qazanacaq.

Simurq – Sumqayıt Şəhər
Komandalar demək olar ki, eyni səviyyədədilər. “Simurq” hələ də öz oyununu axtarır. “Sumqayıt Şəhər” isə istənilən komandaya başağrı ola bilər. Mənim proqnozum heç-heçədi. Qalib olmayacaq.

Xəzər Lənkəran – Rəvab
“Xəzər Lənkəran” aşkar favoritdi. Çempionluğa oynayan komanda iki ardıcıl məğlubiyyət ala bilməz. Fikrimcə, lənkəranlılar qələbə qazanacaq. Əminəm ki, onlar artıq “Neftçi”yə məğlubiyyətdən sonra özlərinə gəliblər.
 
Qəbələ - Neftçi
“Qəbələ”nin bu oyun ərəfəsində xeyli problemləri var. Baş məşqçisiz qalıblar. Üstəlik, Mahir Şükürovun dopinq məsələsi ortaya çıxıb. Toni Adamsın istefası komandaya yaxşı tərəfdən də təsir göstərə bilər, pis yöndən də. “Neftçi”yə gəlincə, onlar səfərə 3 dalınca gedirlər. Heç-heçə olacağını düşünürəm.
 
Bakı – Turan
“Bakı” bu oyunu problemsiz qazanacaq. Bu, Aleksandr Starkovun komandasının çempionatdakı ən asan oyunu olacaq. Çünki bakılılar “Turan”ın demək olar ki, əvəzedici heyətində qarşı oynayacaqlar. Darmadağını da istisna etmirəm.

İnter – Qarabağ
Heç-heçə qeydə alınacaq. Hər iki komandanın yaxşı heyəti var. “İnter” son turlarda daha yaxşı təsir bağışlayır. “Qarabağ”da isə zədəlilər var. İşləri də yolunda getmir. Amma ağdamlıların uduzmayacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.