19 noyabr 2011 12:32
Barcelona Arazla oyuna qol buraxmadan çıxacaq
Futzal üzrə UEFA Kubokunun B qrupunda Azərbaycan çempionu “Araz”la eyni qrupda yer alan İspaniyanın “Barcelona” və Hollandiyanın “Eindhoven” klubları da növbəti oyunlarını keçiriblər. Azerisport.az xəbər verir ki, bir-biriylə üz-üzə gələn tərəflərin mübarizəsindən Kataloniya təmsilçisi qalib ayrılıb.
Belə ki, qrupun oyunlarına ev sahibliyi edən ispanlar rəqibini 4 cavabsız qolla məğlub ediblər. “Barcelona”nın qollarını Torras, Qabriel, Lan və Saad Assis vurub.
Xatırladaq ki, “Araz” ilk oyununda Hollandiya “Eindhoven”i üzərində qələbə qazansa da (5:3), ikinci matçında Çexiya “Chrudim”inə yenildi (3:4). Komandamız son görüşünü məhz “Barcelona”ya qarşı keçirəcək.
|
1. Barcelona
|
2
|
2
|
0
|
0
|
10-0
|
6
|
|
2. Chrudim
|
2
|
1
|
0
|
1
|
4-9
|
3
|
|
3. Araz
|
2
|
1
|
0
|
1
|
8-7
|
3
|
|
4. Eindhoven
|
2
|
0
|
0
|
2
|
3-9
|
0
|
