19 noyabr 2011 00:26
Kakau: Mən Arazdan daha çox şey gözləyirdim
Çexiyanın “Chrudim” klubunun aparıcı futzalçılarından olan Kakau UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu “Araz”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı oyunçu 4:3 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Bu gün biz “Araz”dan daha yaxşı təsir bağışladıq və qələbəyə də layiq idik. “Chrudim”in oyunçularında qələbə istəyi və arzusu daha çox idi, nəinki rəqibdə. Biz çox mühüm uğura imza atdıq. İndi “Eindhoven”i də məğlub etmək lazımdı ki, qrup ikincisi olaq. Düzünü deyim ki, mən “Araz”dan daha çox şey gözləyirdim. Onlar çox zəif oynadılar”.