20 noyabr 2011 13:06
Vaqif Cavadova yüksək qiymət
Rusiya mətbuatı “Volqa”nın azərbaycanlı hücumçusu Vaqif Cavadovun çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin Premyer Liqanın 31-ci turunda “Amkar”a qarşı oyunu heç də aşağı qiymətləndirilməyib.
Belə ki, sports.ru Cavadova 5,5 bal verib. Championat.ru saytı isə Vaqifin çıxışını daha yüksək qiymətləndirib – 6,5.
Qeyd edək ki, Cavadovun 90 dəqiqə meydanda olduğu bu görüşdə komandası erkən qol vursa da, ikinci hissədə iki qol buraxaraq, məğlubiyyətlə üzləşib – 1:2.
