20 noyabr 2011 01:14
Borisov Barcelonaya qarşı oynaya biləcək
Məlum olduğu kimi, futzal üzrə UEFA Kubokunun Çexiya “Chrudim”i ilə qarşılaşması zamanı Azərbaycan çempionu “Araz”ın oyunçusu Vitali Borisov zədə almışdı. Azerisport.az xəbər verir ki, həkimlər iki gün idi onu sıraya qaytarmağa çalışırdılar.
Artıq Borisovun durumunun yaxşı olduğu bildirilir. Belə ki, o, qrupun son matçında – bu gün baş tutacaq İspaniya “Barcelona”sına qarşı görüşdə forma geyə biləcəyi bildirilir.
Qeyd edək ki, “Barcelona” – “Araz” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
