20 noyabr 2011 01:21
Azərbaycan DÇ-2014 həyəcanını nə vaxt yaşayacaq?
Futbol üzrə 2014-cü il dünya çempionatının Avropa zonası üçün seçmə mərhələ oyunlarının keçiriləcəyi tarixlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, növbəti tsiklin oyunları 2012-ci ilin sentyabr ayının 7-də start götürəcək.
Qarşılaşmalara 2013-cü ilin oktyabr ayının 15-də yekun vurulacaq. Yəni seçmə mərhələ ərzindəki bütün oyunlar bu tarixlər arasındakı müddət ərzində keçiriləcək.
Sonda onu da xatırladaq ki, Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla eyni qrupda yer alıb.
