20 noyabr 2011 13:24
Türklər Amitin çıxışını qiymətləndirdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “Gaziantep BB” ilə qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü komandasının ən zəifləri arasında yer alıb.
Belə ki, türkiyəli həmkarlarımız Amitə 4 bal veriblər. Hansı ki, onunla yanaşı daha 3 komanda yoldaşı eyni qiymətə layiq görülüb.
Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. Lakin o, 45-ci dəqiqədə əvəzlənib. Fasiləyə 0:1 məğlub yollanan kayserililər məhz Amitin meydandan çıxmasından sonra 3 cavabsız qol vuraraq, əzmkar qələbəyə seviniblər.
Quluzadənin komandası hazırda 22 xalla birinci pillədə gedir.
Ferhat - 7, Fatih - 5, Cemil - 5, Serkan - 4, Emrah - 4 (Cenk, 89) - 7, Amit Quluzadə - 4 (Posinkoviç, 46) - 6, Kemal - 4 (Metin Tuğlu, 66) - 5, Davut Hassan - 6, Vasva - 5, Sofiane Hanni - 5, Gökhan - 5.
