20 noyabr 2011 13:36
Foqts Premyer Liqanın iki oyununu seçdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun Bakıya qayıtdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, bu gün Premyer Liqanın 2 oyununu da izləməlidi.
Öncədən almaniyalının cəmi 1 matçı canlı izləyəcəyi bildirilirdi. Lakin son anda məlum olub ki, o, bu gün baş tutacaq “Bakı” – “Turan” matçı ilə yanaşı “İnter” – “Qarabağ” oyununa da baxacaq.
