20 noyabr 2011 13:52
Sandro Rossel: Araz məni təəccübləndirdi (FOTO)
İspaniyanın “Barcelona” klubunun prezidenti Sandro Rossel futzal üzrə UEFA Kubokunda iştirak edən “Araz”ın Kataloniyadakı nümayəndə heyətini qəbul edib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilən İspaniya La Liqasının “Barcelona” – “Zaragoza” matçı zamanı azərbaycanlı nümayəndə heyəti ilə görüşən Rossel komandamızın UEFA Kubokundakı çıxışı ilə də bağlı fikirlərini açıqlayıb:
“Mən “Araz”ın “Eindhoven”lə oyununa baxmışdım. Azərbaycanlıların oyunu mənim çox xoşuma gəlmişdi. Amma onların ikinci oyunda uduzduqlarını eşidəndə çox təəccübləndim. Turnir ərəfəsində bütün KİV “Araz”ın favorit olduğunu yazırdı. Fikrimcə, artıq “Barcelona”nın növbəti mərhələyə adlamaq şansı daha yüksəkdi, nəinki “Araz”ın. Bizim hədəfimiz Dördlər Finalına düşmək və UEFA Kubokunu qazanmaqdı. Sizə də gələcəkdə uğurlar arzulayıram”.

Nümayəndə heyətimizin üzvlərindən biri – Asim Xudiyevin verdiyi məlumata görə, “Barcelona” rəhbərliyi onları çox yüksək səviyyədə qəbul edib.