20 noyabr 2011 16:12
Diniyev Qəbələdə döyüldü
Premyer Liqanın 13-cü turunun “Qəbələ” – “Neftçi” matçından sonra qalmaqal düşüb. Azerisport.az xəbər verir ki, qarşılaşma başa çatan kimi meydan sahiblərinin azarkeşləri meydana axışıb.
Onlar görüşün baş hakimi Ramil Diniyevi vurmağa başlayıblar. Buna səbəb isə referinin son dəqiqələrdə “Qəbələ”nin qapısına təyin etdiyi penalti olub. Hansı ki, Fərid Quliyev bu penaltini boşa verib.
Bu olay komandaların azarkeşləri arasında da davaya səbəb olub. Kütləvi dava-dalaşı sakitləşdirmək üçün polislər işə qarışmalı olub.
