20 noyabr 2011 16:28
Qarabağ İnterə qalib gələcək
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 13-cü turunun “İnter” – “Qarabağ” matçı necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Maraqlıdı ki, oxucularımızın əksəri bu görüşdə “Qarabağ”ın qələbə qazanacağını düşünür. Belə ki, respondentlərin düz 45 faizi məhz qonaqların uğuruna inandığını bildirib.
Bu görüşün heç-heçə başa çatağını düşünənlər 40 faiz təşkil edib. Yalnız yerdə qalan 15 faiz “İnter”in qələbə qazanacağını düşünür.
