20 noyabr 2011 16:45
Aleksandr Starkov: Həm nəticəyə, həm də yaxşı oyuna görə şadam
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 13-cü turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 5:0 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
“Qələbəyə görə şadam. “Turan” kimi komandalarla oyunlarda sürprizlə də qarşılaşmaq mümkündü. Bizə inamlı oyun sərgiləmək vacib idi. Şadam ki, istəyimizə nail olduq. Bizim çoxlu qol epizodlarımız oldu. Buna görə də mən sadəcə nəticəyə yox, həm də yaxşı oyuna görə şadam”.