20 noyabr 2011 16:55
Böyükağa Hacıyev: Çempionatda yaranan fasilə Neftçiyə mənfi təsir göstərdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 13-cü turunun “Qəbələ” ilə oyunun şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Rəqibimizi qazandıqları uğur münasibətilə təbrik edirəm. “Neftçi”yə gəlincə, çempionatda yaranan fasilə komandaya mənfi təsir göstərdi. Amma mübarizə davam edir. Birinci pilləyə çıxmaq şansını qaçırsaq da, hələ hər şey qarşıdadı”.