20 noyabr 2011 17:12
Turanın məşqçisi beş cavabsız qoldan danışdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan” səfərdə “Bakı”nın qonağı oldu və rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra “Turan”ın məşqçisi Eltay Aslanov bunları dilə gətirib:
“Bugünkü oyuna əvəzedici heyətlə gəlmişdik. Məğlub olduq. “Bakı”nı qələbə münasibətilə təbrik edirəm”.
