20 noyabr 2011 20:02
TFF-nin vəzifəli şəxsi tutuldu və sərbəst buraxıldı
Türkiyə Futbol Federasiyasının (TFF) prezidentinin xüsusi nümayəndəsi Göksel Gümüşdağ saxlanılıb. Azerisport.az xəbər verir ki, o, TFF-in ofisində aparılan yoxlamalar çərçivəsində yaxalanıb.
Gümüşdağ ifadəsi alınmaq üçün Polis İdarəsinə aparılıb. TFF rəsmisi əvvəlcə tibbi müayinəsindən keçirilib. Həmin vaxt Gümüşdağın yanında polis işçisi olmayıb. Saxlanılan şəxs jurnalistlərin suallarını cavabsız buraxıb.
Lakin o, bir gün polis idarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, Gümüşdağın da sorğuya tutulmasının Türkiyə futbolundakı rüşvət qalmaqalı ilə bağlı olduğu bildirilir. Lakin görünür bu şəxslə bağlı iddialar özünü doğrultmayıb.
