20 noyabr 2011 20:21
Qurban Qurbanov: Nəticə qanunauyğundu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 13-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq üçün çox çalışdı. Bizə qələbə çox lazım idi. Amma buna nail ola bilmədik. Heç-heçə oldu. Bu nəticəni qanunauyğun hesab edirəm. “İnter”ə qarşı oynamaq mənə həmişə xoş olub”.