21 noyabr 2011 00:03

Liderlər üçün faciəvi tur

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə olduğu kimi, son gündə də üç qarşılaşma baş tutdu.
 
Son çempion “Neftçi” səfərdə “Qəbələ”nin qonağı idi. “Ağ-qaralar” ötən tur “Xəzər Lənkəran” üzərində cari mövsümün ən böyük hesablı qələbəsini qazandığı halda “Qəbələ” səfərdə AZAL-a 3 cavabsız qolla məğlub olmuşdu. Turnir cədvəlinin liderini məğlub edən Böyükağa Hacıyevin yetirmələrinin özünə inamın daha da artdığını düşünmək olardı. “Qəbələ”də isə əksinə - həm komandanın ötən tur gözlənilməz hesabla məğlub olması, həm də baş məqçi Toni Adamsın istefa verməsi futbolçuların “Neftçi” ilə oyuna psixoloji təzyiq altında çıxacağını söyləməyə imkan verirdi. Bu azmış kimi hətta dopinq qalmaqalı ilə üzləşən kapitan Mahir Şükürov da komandasına kömək edə bilmirdi. Qəbələ təmsilçisinin bu oyuna Fatih Kavlakın rəhbərliyi altında çıxdığını da qeyd edək.
 
Yeri gəlmişkən, “Neftçi” cari mövsümdə rəqib qapılarına 21 qol vurmaqla çempionatın ən məhsuldar hücum xəttinə sahibiydi. Paytaxt təmsilçisinin passivində isə 9 qol vardı ki, bu göstərici ”Neftçi”nin müdafiə xəttinin etibarlılığından xəbər verirdi. Bu komandalar arasında cari mövsümün birinci dövrəsinin 6-cı turunda paytxatda keçirilmiş oyunda “Neftçi” 2:0 hesabı ilə qələbə qazanmışdı. Bu üzdən də meydan sahibləri nəinki uğursuz seriyaya son qoymaq haqda düşünürdülər, həm də revanş almaq istəyirdilər. “Neftçi” üçün isə gözəl şans var idi. Belə ki, bir gün öncə lider “Xəzər Lənkəran” evdə xal itirdiyindən, “ağ-qaralar” qələbə qazanmaqla liderliyi əzəli rəqibinin əlindən ala bilərdilər.
 
Amma qəbələlilər paytaxt klubunun bu arzusunu gözündə qoydular. Daha doğrusu “Neftçi”nin sabiq üzvü. Belə ki, məhz “ağ-qaralar”ın heyətində top qovmuş Aleksandr Çertoqanovun sabiq komandasının qapısına təyin olunmuş cərimə zərbəsindən vurduğu qol matçda yeganə oldu. Beləcə, “Qəbələ” ilk altılıqdakı yerini özünə qaytardı. “Neftçi” isə zirvəni əldən keçirmək əvəzinə üçüncü pilləyə yuvarlandı.
 
Buna isə “İnter”in “Qarabağ”la oyunda uduzmaması şərait yaratdı. Ötən tur doğma azarkeşləri önündə “Sumqayıt Şəhər”ə məğlub olan Qurban Qurbanovun komandası 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşmışdı. “İnter” isə 24 xalla turnir cədvəlinin üçüncüsü idi. “Bakı” ilə oyundan sonra verilən texniki məğlubiyyəti nəzərə almasaq, “İnter”i cari mövsümdə məğlub edən yeganə komanda Ağdam təmsilçisiydi. Birinci dövrənin ikinci turunda keçirilən qarşılaşmada “Qarabağ” doğma azarkeşləri önündə “İnter”i minimal hesabla məğlub etmişdi. Bu qarşılaşmada isə hər iki komanda liderlər qrupundan uzaqlaşmamaq üçün qələbə qazanmağı hədəfləmişdi. Məsələn, “Qarabağ” ikinci olan “Neftçi”ylə xal fərqini minimuma endirmək şansına malik idi. “İnter” isə qələbə qazanmaqla hətta “Neftçi”ni də qabaqlamış olacaqdı.
 
Lakin bu vacib qələbə tərəflərdən heç birinə qismət olmadı. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən qol səsi çıxmadı. Bu heç-heçə “İnter” üçün çox sərfəli olmasa da, hər halda düşərli oldu. Belə ki, bu komanda “Neftçi”ylə xallarını bərabərləşdirib onu qabaqlamağa, eləcə də liderin əsas izləyicisinə çevrilməyə nail oldu. “Qarabağ” isə növbəti dəfə xal itirməklə dördüncülüyü də əldən verdi. Buna da “Turan”ı darmadağın edən “Bakı” nail oldu.
 
Məlum olduğu kimi, qərb təmsilçisi 10 xalla turnir cədvəlinin onbirinci pilləsində qərarlaşıb, “Bakı” isə turnir cədvəlinin beşincisiydi. Güclü rəqibinə qarşı “Turan”ın nəinki qələbə, heç xal da qazanacağı inandırıcı görünmürdü. Hətta birinci dövrənin 6-cı turunda Tovuzda keçirilmiş oyunda “Bakı” 2:0 hesabı ilə qələbə qazanmışdı. Elə bu dəfə də paytaxt klubunun asan qələbə qazanacağını demək olardı. Çünki ciddi maliyyə problemləri ilə üz-üzə olan Tovuz təmsilçisinin nəinki aparıcı futbolçularının, hətta baş məşqçi Əsgər Abdullayevin də komandaya kömək etməyəcəyi öncədən də bəlliydi.
 
Gözlənildiyi kimi, Tovuz klubu bu görüşdə heç nə ilə yadda qalmadı. Əvəzedici heyətlə üzləşən “Bakı” isə bundan maksimum yararlanıb rəqibin işini elə ilk yarıda bitirdi. Səviyyə fərqi hesabda da öz əksini tapdı. Beş cavabsız qol Aleksandr Starkovun komandasının beşinci pilləni dördüncüylə əvəzləməsinə şərait yaratdı. “Turan” isə bu gedişlə artıq zirzəmiyə yuvarlanmağa yaxındı.
 
Premyer Liqa
13-cü tur
20 noyabr
 
Bakı - Turan - 5:0 (4:0)
Qollar: D.İvanov, 15 (1:0), X.Junior, 28 (2:0), U.Parks, 39 (3:0), A.Şoliç, 44 (4:0), X.Junior, 88 (5:0)
Vərəqə: yoxdu.
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
20 noyabr 2011. “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu. 400 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov (5. Stevan Bates, 46), 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Uinston Parks (30. Maris Verpakovski, 60), 77. Aleksandar Soliç (85. Jaba, 61).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 4. Vadim Boret, 21. Novruz Məmmədov, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Aleksandr Starkov.
Turan: 12. Natiq Səhrətov, 4. Seymur Tağıyev, 19. Ruslan Abbasov, 22. Məhərrəm Müslümzadə (11. Aqşin Sadıqov, 67), 14. Tuqay Alhüseynli, 18. Hafiz Əliyev, 8. Akif Tağıyev, 9. Yasin Abbasov (33. Budaq Nəsirov, 62), 27. Rəşad Piriyev, 17. Orxan İsmayılov, 20. Azər Məmmədov (25. Elmixan Məmmədov, 64).
Ehtiyat oyunçular: 85. Mehman Hacıyev, 24. Emin Mirzəliyev, 6. Qüvvət Əmrahov, 15. Sübhan Həsənov.
Məşqçi: Eltay Aslanov.
 
Qəbələ - Neftçi - 1:0 (1:0)
Qol: Aleksandr Çertoqanov, 39.
Matçın 90+3-cü dəqiqəsində Fərid Quliyev penaltidən yararlana bilməyib – qapıçı.
Vərəqələr: Stiv Olfers, 14 (rəqibə qarşı kobud oyun); Pavels Doroşevs, 90 (bilərəkdən vaxtı uzatdığına görə); Saşa Yunisoğlu, 90+3 (hakimə etiraza görə); Nodar Məmmədov, 90+4 (hakimə etiraza görə) // Denis Silva, 39 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
20 noyabr 2011. Qəbələ. Şəhər stadionu. 2500 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Barton (25. Nuran Qurbanov, 51), 11. Serge Djiehoua (7. Yaşar Abuzərov, 86), 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 33. Saşa Yunisoğlu (k), 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 6. Lyuba Baranin, 17. Arif İsayev, 22. Murad Hüseynov, 34. Ürfan Abbasov.
Baş məşqçi: Fatih Kavlak.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 11. Cavid Hüseynov (10. Emil Mpenza, 77), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 25. Cavid İmamverdiyev (22. Fərid Quliyev, 67).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.

İnter - Qarabağ - 0:0 (0:0)
Vərəqələr: İbrahima Niasse, 35 (rəqibə badalaq vurduğuna görə), Valeri Abramidze, 85 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Asif Məmmədov, 90+1 (fitdən sonra topa zərbə) - Maksim Medvedev, 8 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 noyabr 2011. Bakı. “Şəfa”  stadionu. 2000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Enyo Krastovçev (28. Baçana Sxadadze, 64), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 16. Elnur Abdulov (11. Asif Məmmədov, 74), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse (10. Asif Mirili, 84).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 23. Şəhriyar Rəhimov, 22. Peter Çrappan.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (2. Qara Qarayev, 67), 17. Vüqar Nadirov (77. Georgi Adamiya, 77), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Leonardo Roşa (9. Bəxtiyar Soltanov, 90+1).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
 
Qeyd edək ki, turun digər oyunları şənbə günü keçirilmişdi: AZAL – Kəpəz - 2:0, Simurq – Sumqayıt Şəhər - 1:0, Xəzər Lənkəran – Rəvan - 1:1.
 
 
1
Xəzər Lənkəran
13
8
3
2
18-13
27
2
İnter
13
7
4
2
11-7
25
3
Neftçi
13
8
1
4
21-10
25
4
Bakı
13
6
4
3
20-11
22
5
Qarabağ
13
6
3
4
16-12
21
6
Qəbələ
13
5
3
5
13-16
18
7
AZAL
13
4
4
5
17-16
16
8
Simurq
13
4
3
6
11-13
15
9
Rəvan
13
3
6
4
16-17
15
10
Kəpəz
13
3
3
7
16-22
12
11
Turan
13
3
1
9
8-20
10
12
Sumqayıt Şəhər
13
2
3
8
7-17
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan), Uinston Parks (Bakı).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.