20 noyabr 2011 22:29
Joze Alesio: Arazın oyunçularıyla qürur duydum
Futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Kubokunda İspaniya “Barcelona”sına qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Öz oyunçularımı bu nəticə münasibətilə təbrik edirəm. Bu gün onlarla qürur duydum. Biz yaxşı oynadıq. “Barcelona”nı yenə də bilərdik. Rəqib şübhəsiz ki, çox güclüydü. Onlar çox yaxşı oynayırdılar. Kollektiv oyun sərgiləyirlər. “Barsa” Dördlər finalının da əsas favoriti olacaq. Komandanın çox işlədiyi, inkişaf etdiyi aşkar görünür. Bizə isə belə oynamaq xoşdu. “Barcelona” kimi komandayla ancaq müdafiə olunmaqla heç nə etmək olmaz”.