20 noyabr 2011 22:37
Mark Karmona: Araz ilə Barcelona eyni səviyyəli komandalardı
Futzal üzrə İspaniya çempionu “Barcelona”nın baş məşqçisi Mark Karmona UEFA Kubokunda Azərbaycan çempionu “Araz”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Araz”ı təbrik edirəm. Rəqibimiz bu gün sübut etdi ki, o, bizim mətbuatda yazılandan daha yaxşı vəziyyətdədi. Mən xüsusilə komandanın müdafiə xəttini qeyd edərdim. Belə oyunlarda böyük hesablı nəticələr qeydə alına bilməz. Çünki komandaların səviyyələri eynidi. Belə oyunlar hər iki komandanın da səviyyəsini artırmaq baxımından əhəmiyyət daşıyır. Bəli, bu gün uğur bizim tərəfimizdə idi. Amma bu oyundu, belə şeylər olur”.