20 noyabr 2011 11:27
Andrey Tveryankin: Barcelonanı yenməyi çox istəyirik
Azərbaycan çempionu “Araz”ın qapıçısı Andrey Tveryankin UEFA Kubokunun bu gün keçiriləcək “Barcelona” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- UEFA Kubokundakı ilk oyununuzla bağlı təəssüratlar o qədər də yaxşı deyil...
- Fikrimcə, nə bizi, nə də rəhbərliyi qane edir. Bu, mənim üçün hardasa gözlənilməz də deyil. Əgər rahat və sakit qələbə qazansaydıq, yəqin ki, bu, uğur sayıla bilərdi. Komanda hazır deyil. Heyət vaxtında formalaşdırılmadı. Yeni futbolçular yalnız turnir ərəfəsində komandaya qoşuldular. Bizim oyunumuz taktika üzərində qurulub. Bunda da yaxşı anlaşma çox vacibd. Komandanın təlim-məşq toplanışının olmaması ən böyük çatışmazlıqlardan oldu.
- Oyundaşlarınız sürət baxımından rəqiblərdən geri qalmırmı?
- Mənə elə gəlir ki, komandanın hazır olmaması fikri ilə bütün oyunçular razıdı. Heç kim öz stressini boğa bilmir. Əlbəttə, bütün bunlarda rəqiblərimiz bizdən bir addım öndədi.
- Mənə elə gəlir ki, komandanın hazır olmaması fikri ilə bütün oyunçular razıdı. Heç kim öz stressini boğa bilmir. Əlbəttə, bütün bunlarda rəqiblərimiz bizdən bir addım öndədi.
- Hər halda “Araz”ın “Chrudim”ə məğlubiyyəti gözlənilməz oldu...
- Ötən illərdəki çıxışımızın məntiqi nəticəsi kimi biz Avropanın ən yaxşı 5 klubu arasında yer alırıq. Amma indi komanda demək olar ki, yenidi. “Araz”ın uğurları bu yox, əvvəlki komandayla bağlıydı. İndi həmin oyunumuzdan əsər-əlamət yoxdu.
- Yəqin ki, turnirə birinci mərhələdən başlamaq ürəyinizcə olardı...
- Əlbəttə. Orda yeni oyunçuları yoxlardıq. Elit raunda daha yaxşı hazırlaşmış olardıq. “Araz” indi bu mərhələdə oynamağa tam hazır deyil.
- “Barcelona” ilə oyun üçün intriqa qalıb?
- Mən bu oyunu çox səbrsizliklə gözləyirəm. Onları yenməyi çox istəyirik. Amma bunun bizdə nə dərəcədə alınacağını bilmirəm. Heç qapını da kimin qoruyacağı bəlli deyil.
- Belə nəhəng klubla oyun öncəsi qorxu yoxdu ki?
- Məndə elə şey yoxdu. Müdafiə nə qədər pis oynayırsa, qapıçının da işi və özünü göstərmək imkanı daha çox olur. “Barcelona” çox maraqlı komandadı. Onlar rəqib qapıçıya istirahət imkanı vermirlər. Biz Marat Salyanski ilə birgə sübut etmək istəyirik ki, yaxşı qapıçılarıq. Qarşıdakı oyun da bu baxımdan çox əhəmiyyətlidi.