20 noyabr 2011 21:32
Araz Barselonanı yenə bilmədi (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA Kubokunda elit raundun qrup mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” da bu gün son matçına çıxıb.
Komandamız bu dəfə qrupun oyunlarına ev sahibliyi edən İspaniyanın “Barcelona” klubu ilə üz-üzə gəlib. Qeyd edək ki, Kataloniya təmsilçisi Çexiyanın “Chrudim” klubunu 6:0, Hollandiya “Eindhoven”ini isə 4:0 hesabıyla məğlub etməklə qrupun vahid lideri idi. “Araz” isə ilk turda “Eindhoven”i yensə də (5:3), son oyununda “Chrudim”ə gözlənilmədən 3:4 məğlub oldu. Bu üzdən də komandamız növbəti mərhələyə vəsiqə qazanmaq şansını demək olar ki, itirmişdi. Hər halda “Araz”ın rəqib meydanında “Barcelona” kimi güclü rəqibini yenməsi inandırıcı görünmürdü. Hətta heç-heçə də ispanların işinə yarayacaqdı.
"Araz" bu oyuna da pis başlayıb. Belə ki, ilk yarıda iki qol buraxan Joze Alesionun yetirmələri yalnız fasilədən sonra özünə gəliblər. Lakin komandamızın vurduğu iki top yalnız məğlubiyyətdən qaçmağa kömək edib. Beləcə, Naxçıvan klubu növbəti mərhələyə adlaya bilməyib. Dördlər finalına məhz "Barcelona" çıxıb.
Bu gün qrupun digər oyununda isə meydan sahibi olan “Chrudim” “Eindhoven”i sınağa çəkəcək. Hansı ki, bu qarşılaşma yalnız qrup sonunculuğundan yaxa qurtarmaq üçün mübarizə kimi dəyərləndirilə bilər. "Chrudim" qələbə qazansa, qrup ikincisi də ola bilər.
UEFA Kuboku, Elit raund
B qrupu
20 noyabr
Barcelona – Araz - 2:2 (2:0)
Qollar: Vilde, 9 (1:0), Lozano, 14 (2:0), Fərəczadə, 19 (2:1), Amadeu, 35 (2:2)
Vərəqələr: R.Fərəczadə, 33, Amadeu, 34, Dantas, 39 - sarı.
BARCELONA: Kristian, Torras, Qabriel, Xavi Rodriqes (k), Lozano.
Ehtiyat oyunçular: Sedano, Ari Santos, Fernandao, Lin, Saad Assis, Tolra, Vilde.
Baş məşqçi: Mark Karmona.
ARAZ: Andrey Tveryankin, Felipe, Tota, Rizvan Fərzəliyev (k), Vitali Borisov.
Ehtiyat oyunçular: Marat Salyanski, Fuste, Rəcəb Fərəczadə, Tyaqo, Jadder Dantas, Namiq Məmmədkərimov, Amadeu.
Baş məşqçi: Joze Alesio.
|
1. Barcelona
|
3
|
2
|
1
|
0
|
12-2
|
7
|
|
2. Araz
|
3
|
1
|
1
|
1
|
10-9
|
4
|
|
3. Chrudim
|
2
|
1
|
0
|
1
|
4-9
|
3
|
|
4. Eindhoven
|
2
|
0
|
0
|
2
|
3-9
|
0
|
