20 noyabr 2011 12:37
Aleksandr Starkov: Belə komandalar çox təhlükəli olurlar
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 13-cü turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz ancaq qələbəyə oynayacağıq. Öz meydanımızda oynamağımız çox vacibdi. Burda çox yaxşı meydançamız var. Azarkeşlərimizin dəstəyinə ümid edirik. Bununla yanaşı özümüz də oyuna ciddi hazırlaşırıq. Mətbuatı oxuyuruq və bilirik ki, “Turan”ın maliyyə problemləri var. Amma belə komandalar çox təhlükəli olurlar. Yığmalara gedən futbolçularımız sıraya dönüblər. Uinston Parks, Novruz Məmmədov, Rəhman Hacıyev artıq komandayladılar. Amma təəssüf ki, Novruz qripdən əziyyət çəkir və bu oyunda iştirak edə bilməyəcək. Hacıyev də yığmanın düşərgəsindən yorğun qayıdıb. Qalanları döyüşə hazırdılar”. (klubu saytı)