20 noyabr 2011 12:50
Cəmşid Məhərrəmov: Biz istənilən halda 3 xala köklənmişik
“Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov Premyer Liqanın 13-cü turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Rəqibimizin heyətində çoxlu gənc futbolçu var. “Sumqayıt Şəhər”də olduğu kimi, bu komandanın üzvləri də özlərini göstərməyə çalışacaqlar. “Bakı” ölkənin ən yaxşı klublarından biridi. Aydın məsələdi ki, gənc oyunçular ilk dəqiqələrdən komandamıza qarşı döyüşməyə çalışacaqlar. Bunu gözəl başa düşürük və oyuna da ciddi hazırlaşmışıq. Ola bilər ki, “Turan” güclü heyətlə oynamır. Amma biz istənilən halda 3 xala köklənmişik”.