20 noyabr 2011 00:52
Toni Adams Qəbələ ilə yollarını tam ayırmayıb
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams bölgə klubu ilə yollarını tam ayırmayacaq. Azerisport.az xəbər verir ki, bu günlərdə baş məşqçi postundan istefa verən britaniyalı mütəxəssis yenə “Qəbələ”yə kömək edəcək.
Belə ki, klub rəhbərliyi onun klubdan tam ayrılmamasına nail olub. Toni Adamsın “Qəbələ”də başqa bir vəzifədə çalışacağı bildirilir.
Qeyd edək ki, Adams bir neçə gün öncə ailə problemlərini əsas gətirərək baş məşqçi postundan getdiyini açıqlamışdı.
