21 noyabr 2011 13:14
Mərkəzi arena belə olacaq (FOTOREPORTAJ)
Azerisport.az Tofiq Bəhramov adına Respublika stadionunda aparılan yenidənqurma işləri ilə bağlı növbəti fotoreportajını təqdim edir. Qeyd edək ki, bu dəfə orda aparılan işlərdən yox, işlərin tamamlanacağı 2012-ci ilin mart ayında arenanın necə görünəcəyindən söhbət açacağıq.
Mərkəzi arena yenidənqurmadan sonra 32 min azarkeş tutumuna malik olacaq. Bu isə əvvəlkiylə müqayisədə 3-4 min əlavə azarkeş tutumu deməkdi. Arena yenə əvvəlki kimi “C” hərfinə oxşar görüntü alacaq. Amma əsas yeniliklərdən biri şübhəsiz ki, stadionun üstünün bağlı olacağıdı.
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarının da əksərinin məhz bu arenada keçirilməsi gözlənilir. Burda həm də gələn il Bakıda təşkil olunacaq U-17 qızlar arasında dünya çempionatının görüşləri keçiriləcək.
