21 noyabr 2011 15:01

Bahodir Nasimov: Hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi

"Neftçi"nin futbolçusu Bahodir Nasimov klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın hazırkı bombardiri "Qəbələ"yə məğlubiyyətə münasibət bildirib.
 
"Neftçi" bu mövsüm ancaq hücum və açıq futbol oynayır. "Qəbələ" öz meydanında oynamasına baxmayaraq, demək olar ki, 90 dəqiqə müdafiəyə oturmuşdu. Doğrusu, "Qəbələ"nin doğma divarlar arasında belə qapalı futbol oynayacağını gözləmirdim. Bu günkü "Neftçi"nin qarşısını almaq üçün rəqiblərin yeganə yolu müdafiə futbolu oynamaqdı. Liderliyə yüksəlmək şansımızı əldən verdik. Amma çempionat mayda bitir. Çempionluq uğrunda mübarizəni davam etdiririk və itirilmiş xalların əvəzini mütləq çıxacağıq. Millidən zədəli döndüyüm üçün istənilən oyunu sərgiləyə bilmədim. Bu görüşdəki hakimliklə bağlı çox danışırlar. Oyunun əvvəlində Flavinyodan top alarkən, rəqib futbolçunu keçmək istədim, o isə bilərəkdən əllə oynadı. Hakim 11 metrlik cərimə zərbəsi verməli idi, amma vermədi. Əslində, hakim 90-cı yox, 10-cu dəqiqədə penalti təyin etməli idi. "Neftçi"yə qarşı qərəzli mövqe göstərmək düzgün deyil".
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.