21 noyabr 2011 15:36
Mark Karmona: Araz ilə oyunda Barcelonanın bəxti gətirdi
Futzal üzə İspaniyanın “Barcelona” klubunun baş məşqçisi Mark Karmona UEFA Kubokunun elit raundunda “Araz”a qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Araz”a qarşı oyununuzu necə dəyərləndirərdiz?
- “Araz”ı belə yaxşı oyun münasibətilə təbrik edirəm. Onlar göstərdilər ki, bizim mətbuatın yazdığından daha güclüdülər. Mən komandanızın xüsusilə müdafiə xəttinin oyununu qeyd edərdim. Bərabər səviyyəli komandaların görüşü idi. Bəxtimizin gətirdiyini də deməliyəm.
- “Araz”ı belə yaxşı oyun münasibətilə təbrik edirəm. Onlar göstərdilər ki, bizim mətbuatın yazdığından daha güclüdülər. Mən komandanızın xüsusilə müdafiə xəttinin oyununu qeyd edərdim. Bərabər səviyyəli komandaların görüşü idi. Bəxtimizin gətirdiyini də deməliyəm.
- “Barcelona” nədə “Araz”a uduzurdu?
- Birinci növbədə, biz çoxlu səhvlər buraxırdıq. Bu, daha çox qol epizodlarını dəyərləndirmək baxımından özünü göstərdi. Əgər birinci hissədə ikidən çox qol vura bilsəydik, fasilədən sonra işimiz daha asan olacaqdı.
- “Barcelona” üçün “Araz”ın müdafiəsini yarmaq bu qədərmi çətindi?
- Bunu istədiyimiz kimi edə bilmədik. İspaniya çempionatında biz rəqiblərimizi yaxşı tanıyırıq. Müdafiə xəttlərində də boşluqları tapmağımız çətin olmur. Amma təbii ki, “Araz” bizim yaxşı tanıdığımız rəqiblərdən deyildi.
- Razısız ki, “Barcelona” “Araz”a məğlubiyyətdən xilas oldu?
- İdmanda nəticələr heç də həmişə ədalətli olmur. Buna görə də dəqiq qiymət vermək çətindi. Uğur həmişə vacibdi. Hər halda bizim qrupda birinci yeri tutmağımız tam ədalətlidi. Dördlər finalına çıxdığımız üçün çox şadam.
- Azarkeşləriniz də bu uğurda böyük pay sahibi oldular...
- Onlar çox iş gördülər. Bizi dəstəkləməklə yanaşı, rəqiblərimizi də təzyiq altında saxlayırdılar. Buna görə hamısına minnətdaram. Öz azarkeşlərimizi sevindirmək bizim üçün şərəfdi.
- Əgər “Araz”ı “Barcelona” ilə eyni səviyyədə hesab edirsizsə, komandanın oyunlarından kimi xüsusi qeyd edərdiniz...
- Bu oyunla hansısa oyunçunu xüsusi qeyd etmək düzgün olmazdı. “Araz” kollektiv oyun sərgilədi. Bəzi oyunçuları bəyəndiyimi gizlətmirəm. Onlardan bəziləri İspaniya çempionatında da çıxış ediblər.
