21 noyabr 2011 15:45
Diniyevi mövsümün sonuna kimi diskvalifikasiya gözləyir
AFFA Hakimlər Komitəsi Ramil Diniyevi sərt cəzalandırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, o, mövsümün sonuna kimi diskvalifikasiya oluna bilər.
Buna səbəb isə sözügedən referinin Premyer Liqanın 13-cü turunun “Qəbələ” – “Neftçi” matçındakı səhv qərarlarıdı. Xatırladaq ki, bu qarşılaşma 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb.
